Aqil Məmmədov acı məğlubiyyəti şərh etdi

23:17 - 24 Avqust 2014

Klub ilk pillədəki mövqeyini qoruya bilmədi
 
"İnter" üçüncü turda ikinci darmadağınlı qələbəsini qazandı.
 
Sportal.az PFL-na istinadən xəbər verir ki, məğlub olan "Sumqayıt"In baş məşqçisi Aqil Məmmədov açıqlamasında bunları deyib:
“Hesab oyuna görə oldu. Bizdə oyun keyfiyyəti çox aşağı səviyyədədir. Müdafiənin mərkəzində, eləcə də bütün mövqelərdə problemlər var. Əlbəttə ki, ciddi tədbirlər olacaq. Futbolçularla ciddi söhbət edəcəm. Burada heç kim gününü keçirə bilməz. Öz işinə və öz sənətinə belə yanaşmaq olmaz. Bəxtiyar Həsənalızadənin əvəzlənməsi zədə ilə bağlı deyildi. Yaxşı oynamadı və səhvləri oldu. Mən “Araz Naxçıvan”la oyunu düşünərək, bəzi dəyişikliklər etdim. Yəqin ki, qarşıdakı günlərdə bir neçə oyunçu komandadan göndəriləcək”. 

Xəbər xətti