Zaqatala təmsilçisi çexiyalı futbolçu heyətinə qatır

00:35 - 25 Avqust 2014

Yaxın günlərdə müqavilə imzalanacaq
 
"Simurq"un heyətinə qatmaq istədiyi çex futbolçunun kimliyi müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, Zaqatala klubu Lukaş Tresnakı transfer etmək istəyir.

Çex forvardın sabah ölkəmizə gəlməsi və məşqlərə başlaması gözlənilir. Onunla danışıqlardan sonra müqavilə bağlanacaq. Bu futbolçu komandanın Sloveniya toplanışında iştirak edib və yoxlama oyunlarında 2 qol vurub.

Qeyd edək ki, Tresnakın son iş yeri Çexiyanın "Yablonets" klubu olub.

Xəbər xətti