Luis Enrike: "Sanki Messiyə qızıl çubuqla toxunublar"

12:40 - 25 Avqust 2014

"Mən qol buraxıb tam heyətlə oynamağın tərəfdarıyam"

 

İspaniya çempionatının ilk turunda “Elçe” üzərində qazanılan 3:0 hesablı qələbədən sonra “Barselona”nın baş məşqçisi Luis Enrike İspaniya mətbuatına fikirlərini bölüşüb. Sportal.az xəbər verir ki, gənc mütəxəssis 2 qol vuran Messiyə xeyli tərif yağdırıb:

 

“Çox məmnunam. Həmişə demişəm ki, Messi dünyanın ən güclü futbolçusudur. Qol duyumu, ötürmələri, hətta pressinqləri də göz oxşayır. Sanki Messiyə qızıl çubuqla toxunublar.

 

Gənc Munir də özünü yaxşı tərəfdən göstərdi. Meydanda çox hərəkət eləyir və bununla da komanda yoldaşlarına hücumun tutarlı davam üçün müxtəlif variantlar təklif edir. Ona ümidlərimiz böyükdür. Ancaq Munir üzərində hələ çox işləməlidir.

 

Maskeronun aldığı qırmızı vərəqəyə gəlincə, mən qol buraxıb tam heyətlə oynamağın tərəfdarıyam”.  

Xəbər xətti