"Real" qələbə ilə başladı, "Atletiko" 1 xalla kifayətləndi VİDEO

11:55 - 26 Avqust 2014

Ronaldo yeni mövsümdə qol hesabını açdı
 
İspaniya La Liqasında 2014/2015 mövsümündə ilk tura yekun vurulub.  

Sportal.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçirilib.

"Real" (Madrid) klubu öz meydanında "Kordoba" ilə qarşılaşıb. Oyun 2:0 hesabı ilə "kral klubu"nun xeyrinə başa çatıb.

Son İspaniya çempionu "Atletiko" (Madrid) klubu ilk turda səfərdə "Rayo Valyekano"nun qonağı olub. Bu oyunda tərəflərin ciddi cəhdlərinə baxmayaraq qapılara qol vurulmayıb - 0:0.


25 avqust
İspaniya La Liqası, I tur


"Real" (Madrid) - "Kordoba" 2:0
Qollar: Benzema, 30, Ronaldo, 90

"Rayo Valyekano" - "Atletiko" (Madrid) - 0:0


 

Xəbər xətti