"Milan" "Çelsi"nin üzvünü heyətinə qatır

19:02 - 26 Avqust 2014

Milan təmsilçisi "Çelsi"nin hücumçusu Fernando Torresi transfer etməyi planlaşdırır

İtaliya klubu Torresi icarəyə götürmək niyyətindədir.

Sportal.az xəbər verir ki, Dieqo Kostanın transferindən sonra əsas heyətdən kənarda qalan ispaniyalı forvardın da "Çelsi"dən ayrılmaq istədiyi bildirilir. "Milan"ın vitse-prezidenti təcrübəli futbolçu ilə danışıqlara başlayıb. Tərəflər arasında razılıq əldə olunarsa, Torres yeni mövsümdən "Milan"ın şərəfini qoruyacaq.


Qeyd edək ki, Torres ötən mövsüm "Çelsi"nin heyətində keçirdiyi 41 oyunda 11 qola imza atıb.

Xəbər xətti