Çempionlar Liqasında qrup mərhələsinə yüksələn daha 5 komandanın adı məlum oldu

02:36 - 27 Avqust 2014

"Maribor" "Seltik"i turnirdən kənarlaşdırdı
 
Çempionlar Liqasında play-off mərhələsinin cavab görüşləri start götürüb.
 
Sportal.az xəbər verir ki, ilk oyunun günündə baş tutan görüşlərdən sonra 5 komanda adını qitənin ən mötəbər klub turnirinin qrup mərhələsinə yazdırıb.
 
“Zenit” (Rusiya) - “Standard” (Belçika) 3:0
İlk oyun - 1:0
Qollar: Rondon 30, Halk 54 (pen); 58
Qırmızı vərəqələr: Fayzulin 44 (“Zenit”) - Faty 89 (“Standard”)
 
APOEL (Kipr) - “Olborq” (Danimarka) 4:0
İlk oyun - 1:1
Qollar: Oliveira 28, De Vincenti 43, Aloneftis 64, Şeridan 75
 
BATE (Belarus) - “Slovan” (Slovakiya) 3:0
İlk oyun - 1:1
Qollar: Qordeyçuk 41, Krivets 84, Rodionov 85
Qırmızı vərəqə: Soumah 79 (“Slovan”)
 
“Seltik” (Şotlandiya) - “Maribor” (Sloveniya) 0:1
İlk oyun - 0:0
Qol: Tavares 75
 
“Portu” (Portuqaliya) - “Lill” (Fransa) 2:0
İlk oyun - 1:0
Qollar: Brahimi 49, Martinez 69
 

Xəbər xətti