Nəbiyevin dublu millimizə qələbə qazandırdı

11:06 - 27 Avqust 2014

Yığma komandamız növbəti oyununa çıxıb
 
Avstriyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ikinci yoldaşlıq oyunu keçirib.
 
Sportal.az xəbər verir ki, "SV Kapfenberg " (Avstriya) klubunun U-17 komandası ilə qarşılaşan yığmamız 2:1 hesabı ilə qələbə qazanıb. Komandamızın hər iki qolunu Fərid Nəbiyev vurub.

Xatırladaq ki, bu toplanış çərçivəsində keçirdiyi ilk yoldaşlıq oyununda yığmamız Avstriyanın "Simmering" klubunun U-16 komandasını 7:0 hesabı ilə məğlub etmişdi.

Xəbər xətti