"Simurq" çexiyalı futbolçunu heyətinə qatdı

19:10 - 27 Avqust 2014

Zaqatala təmsilçisi daha bir transfer edib
 
Çempionata yaxşı başlayan "Simurq", daha bir legioner ilə heyətini gücləndirdi.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Sloveniya toplanışı zamanı komanda ilə birlikdə məşq keçən və iki qol vuran çexiyalı Lukas Treknakla komanda ilə rəsmi müqavilə imzalayıb.
 
Onun çempionatın dördüncü turunda "Neftçi" ilə oyunda meydana çıxacağı gözlənilir.

Xəbər xətti