I Divizionda neçə komanda mübarizə aparacaq?

13:10 - 28 Avqust 2014

Sabah püşkatma mərasimi olacaq
 
Sabah futbol üzrə Azərbaycan I Divizionunun 2014/2015 mövsümünün püşkatma mərasimi keçiriləcək. AFFA-nın inzibati binasında təşkil olunacaq tədbirin başlama vaxtı 15:00-dır. Bütün KİV nümayəndələri tədbirə dəvətlidir.
 
Sportal.az xəbər verir ki, yeni mövsümdə futbol üzrə Azərbaycan I Divizionunda 16 komanda çıxış edəcək.

"Rəvan”, "Neftçala”, "Qaradağ Lökbatan”, "Ağsu”, "Şahdağ”, "Şuşa”, "Turan-T”, "Mil-Muğan”, "Lokomotiv”, "Şəmkir”, MOİK, "Kəpəz”, "Bakılı”, "Göyəzən”, "Energetik”, "Zirə”.
Yarışların ilk turu 6-7 sentyabr tarixlərində keçiriləcək.

Xəbər xətti