Məşhur futbolçu Hindistanda oynayacaq

14:00 - 29 Avqust 2014

İtaliya yığmasının sabiq üzvü “Deli Dinamos”la  anlaşdı

İtaliya millisinin sabiq üzvü Alessandro Del Pyero karyerasını Hindistanda davam etdirəcək. 

 

Sportal.az xəbər verir ki, italiyalı hücumçunun “Sidney”lə müqaviuləsi olsa da, qışa qədər  Hindistanın “Deli Dinamos” klubunda icarə əsasında oynayacaq. Del Pyero Hindistan klubu ilə anlaşmasına belə şərh verib:

 

“Hindistan klubu ilə müqavilə bağladığıma görə xoşbəxtəm. “Deli Dinamos”la Superliqada uğur qazanmaq istəyirəm. Hindistan çempionatının reytinqi aşağı olsa da, oyunlara maraq  böyükdür. Tanınmış futbolçuların Hindistanda oynaması bu ölkənin futboluna təkan verə bilər. Mən əlimdən gələni edəcəyəm ki, komandam Superliqada uğurlu nəticə qazansın. Sözsüz ki,  təcrübəli futbolçu kimi  “Deli Dinamos”a kömək etməyə gəlmişəm”.  

 

İtaliya mətbuatının yazdığı xəbərə görə, 39 yaşlı futbolçu Hindistanda mövsüm başa çatandan sonra ABŞ-a üz tutacaq. 

Xəbər xətti