Rusiya yığması millimizə qarşı heyəti açıqladı

14:40 - 29 Avqust 2014

Fabio Kapello komandaya 25 futbolçu dəvət etdi  
 
Sentyabrın 3-də milli komandamız səfərdə Rusiya yığması ilə yoldaşlıq oyununa çıxacaq.
 
Sportal.az xəbər verir ki, Rusiya yığmasının baş məşqçi Fabio Kapello millimizlə yoxlama matçına 25 futbolçu dəvət edib. İtaliyalı mütəxəssis “Spartak”ın hücumçusu 5 oyuna 6 qol vuran Artyom Dzyubanı da  milliyə cəlb edib. Fabio Kapello millimizlə yoxlama oyununda aşağıdakı futbolçuları sınaqdan keçirə bilər:        
 
Qapıcılar: İqor Akinfeyev (MOİK), Yuri Lodıgin (“Zenit”), Artyom Rebrov (“Spartak”).
 
Müdafiəçilər: Vasiliy Berezutskiy, Segey İqnaşeviç, Kirill Nababkin (hamısı - MOİK), Vladimir Qranat (“Dinamo”), Dmitriy Kombarov, Sergey Parşivlyük (hər ikisi – “Spartak”), Andrey Semenov (“Terek”), İqor Smolnikov (“Zenit”).
 
Yarımmüdafiəçilər: Denis Qluşakov (“Spartak”), Aleksey İonov, İqor Denisov (hər ikisi – “Dinamo”), Alan Dzoqayev (MOİK), Məhəmməd Ozdayev (“Rubin”), Aleksand Səmədov (“Lokomotiv”), Viktor Fayzulin, Oleq Şatov (hər ikisi – “Zenit”).
 
Hücumçular: Artyom Dzyuba (“Spartak”), Aleksandr Kerjakov (“Zenit”), Aleksandr Kokorin (“Dinamo”), Maksim Kanunnikov (“Rubin”), Dmitriy Poloz (“Rostov”), Denis Çerışev (Vilyarreal İspaniya)

Xəbər xətti