"Simurq" 3 futbolçusunu icarəyə verdi

15:07 - 30 Avqust 2014

Gənc oyunçular "Kəpəz"ə keçdi
 
"Simurq" Peşəkar İdman Klubunun əvəzedici heyətinin üç futbolçusu "Kəpəz" Futbol Klubuna keçib.
 
Sportal.az xəbər verir ki, bunlar Allahverdiyev Sərxan, Müslümov Sərxan və Həsənzadə Kamrandır. Onlar 2014-cü ilin sonuna qədər icarə əsasında Gəncə təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, hər üç futbolçu "Simurq" Peşəkar İdman Klunun "Uşaq futbol məktəbi"nin yetirmələridir. Onlar ötən mövsüm U-19 liqasında komandanın uğurları üçün çalışıblar.  

Xəbər xətti