Ambrozini futbolla vidalaşdı

19:25 - 31 Avqust 2014

İtaliyalı futbolçu oyunları şərh edəcək
 
“Fiorentina” klubu ilə müqavilə müddəti başa çatan Massimo Ambrozini futbolla vidalaşır.
 
Sportal.az xəbər verir ki, 37 yaşlı futbolçu ötən mövsüm florensiyalıların heyətində 30 oyuna çıxıb. 1995-2013-cü illərdə “Milan”da forma geyinən futbolçu karyerası ərzində 2 dəfə İtaliya çempionu və Çempionlar Liqası kubokunu qazanıb. Artıq futboldan gedən Ambrozini bu gündən etibarən ekspert kimi İtaliyada telekanalların birində oyunları şərh edəcək.       

Xəbər xətti