"Qol imkanlarından istifadə edə bilmədik"

20:23 - 31 Avqust 2014

"Simurq" məğlub oldu
 
Klub dördüncü turda "Neftçi"yə 2-1 hesabı ilə məğlub olub.
 
Sportal.az xəbər verir ki, klubun baş məşqçisi George Çixradze oyundan sonra bunları deyib:
 
“Hər iki hissəyə yaxşı başlamadıq. İlk dəqiqələrdə qollar buraxdıq. Lakin özümüzü itirmədik, qol epizodlarımız oldu. Bir qol vursaq da, ardını gətirə bilmədik. İkinci hissədə yaratdığımız çoxsaylı qol imkanlarından istifadə edə bilmədik. Müdafiənin diqqətsizliyi nəticəsində buraxdığımız qollar komandaya psixoloji təsir etdi".

Xəbər xətti