Millimizin baş məşqçisi jurnalistlərin suallarını cavablandıracaq

12:36 - 1 Sentyabr 2014

Lippertin İsraillə oyunöncəsi mətbuat konfransı
 
Sentyabrın 2-də, saat 13:30-da, AFFA-nın inzibati binasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernhard Lippertin İsrail komandasına qarşı keçiriləcək oyunla bağlı mətbuat konfransı keçiriləcək.
 
Sportal.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də, saat 19:00-da, "Dalğa Arena"da Azərbaycan və İsrail komandaları qarşılaşacaq.

Xəbər xətti