"Barselona" ciddi itki ilə üzləşib

13:51 - 2 Sentyabr 2014

Təcrübəli futbolçu zədələnib

 

"Barselona" klubunun yarımmüdafiəçisi Andres İniyesta xəsarət alıb. 

 
Sportal.az xəbər verir ki, "Vilyareal"la görüşdə (1:0) dizindən zədələnən təcrübəli futbolçu milli komandanın da heyətindən kənarlaşdırılıb. Andres İniyesta Fransa və Makedoniya ilə oyunlarda İspaniya millisinə kömək edə bilməyəcək.
 
Qeyd edək ki, Fransa ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq ispanlar daha sonra "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində Makedoniya ilə qarşılaşacaq. 

Xəbər xətti