Falkao “Mançester Yunayted”ə neçəyə başa gəlib?

14:45 - 2 Sentyabr 2014

Lui van Qal: "Onu dünyanın ən güclü hücumçusu hesab edirəm"
 
Kolumbiya millisinin hücumçusu Radamel Falkaonun “Mançester Yunayted”ə keçidi “transfer pəncərəsi@nin bağlandığı gündə baş tutub.
 
Sportal.az xəbər verir ki, “Monako” ilə müqaviləsi olan futbolçu qarşıdakı bir ili icarə əsasında İngiltərədə keçirəcək. İkitərəfli razılığa əsasən Falkao “Mançester Yunayted”də özünü sübut edərsə, onda ingilislər futbolçunun transfer hüququnu “Monako”dan ala bilər.
 
Bu transferin herçəkləşməsi ilə bağlı xarici mətbuatda müxtəlif rəqəmlər göstərilirdi. Fransa mətbuatı “Mançester Yunayted”in kolumbiyalı ulduzun bir illik icarəsinə 30 milyon avro xərclədiyini iddia edirdi. Lakin son məlumatlara görə, onun İngiltərəyə gəlişi “Mançester Yunayted”ə 22,5 milyon avroya başa gəlib. Bununla da 28 yaşlı hücumçunun “qırmızı şeytanlar”da həftəsinə 265 funt sterlinq qazanacağı məlum olub.   
 
Radamel Falkao: 
“Öncə klub rəhbəliyinə minnətdaram. Onlar “Mançester Yuinayted”ə keçməyimə heç bir problem yaratmadılar. “Monako” rəhbərliyi və azarkeşləri həmişə ürəyimdə yaşayacaq”.
 
“Mançester Yunayted”in baş məşqçisi Lui van Qal: 
“Radamelin gəlişinə sevindim. Onu dünyanın ən güclü hücumçusu hesab edirəm. Belə hücumçunu hər bir məşqçi öz komandasında görmək istəyər. Artıq deyə bilərəm ki, Falkaonun gəlişiylə hücum xəttini daha da gücləndirdik”. 

Xəbər xətti