I tur Şəmkirdə başlayıb Ağsuda başa çatacaq

15:45 - 2 Sentyabr 2014

Bütün oyunlar eyni saatda

Azərbaycan birinci divizionunda 2014/2015 mövsümünün ilk turunun oyunlarının keçirilmə yerləri və başlama vaxtı müəyyənləşib.

Sportal.az I turun oyun cədvəlini təqdim edir:

5 sentyabr (cümə)

“Şəmkir” – “Turan T”
Şəmkir Olimpiya Kompleksinin stadionu

6 sentyabr (şənbə)

“Bakılı” – “Rəvan”
“İnter Arena”, 4-cü meydança

“Qaradağ Lökbatan” - “Energetik”
İsmət Qayıbov adına Bakıxanov qəsəbə  stadionu

“Kəpəz” – “Şahdağ”
Gəncə şəhər stadionu

“Lokomotiv” – “Şuşa”
“Bakı” FK-nin təlim-məşq bazasının stadionu

“Mil Muğan” – “Göyəzən”
Heydər Əliyev adına İmişli şəhər stadionu


7 sentyabr (bazar)

“Zirə” – MOİK
“Zirə” Olimpiya kompleksinin stadionu

“Ağsu” – “Neftçala”
Ağsu şəhər stadionu

Qeyd edək ki, birinci divizionda bütün oyunlar saat 17:30-da başlanır.

Xəbər xətti