Almaniyalı futbolçu “Sevilya”dan ayrıldı

18:46 - 2 Sentyabr 2014

Traxovski hansı kluba keçir?
 
Almaniya millisinin sabiq üzvü Petr Traxovski İspaniyanın “Sevilya” klubu ilə yollarını ayırıb.
 
Sportal.az xəbər verir ki, 2011-ci ildən “Sevilya”da çıxış edən 30 yaşlı futbolçu ispanlarla müqaviləni qarşılıqlı şəkildə pozub. Ötən mövsüm 18 oyunda meydana çıxan Petr Traxovski yalnız bir məhsuldar ötürməsi ilə yadda qalıb. “Sevilya”da əsas heyətə düşməkdə çətinlik çəkən almaniyalı futbolçu artıq özünə komanda axtarışına çıxıb. İspaniyadan ayrılan  Traxovskinin karyerasını harada davam etdirəcəyi hələ bilinmir.                      

Xəbər xətti