Azərbaycan klubu 14 yaşlı futbolçu sifariş etdi

14:33 - 5 Sentyabr 2014

Siyahıda iki gürcü futbolçu var
 
Tovuzun "Turan-T" klubu 1-ci divizionun yeni mövsümü üçün iştirak ərizəsini Peşəkar Futbol Liqasına təqdim edib.
 
Sportal.az xəbər verir ki, siyahıda 14 yaşlı bir futbolçu da yer alıb.

Bu, Vüsal Mustafayevdi. Onunla yanaşı 15 yaşı olan Məhərrəm Hacıyev, Abbas Ağazadə və Misir Rüstəmov da yeni mövsümdə bu komandanın uğurları üçün çalışacaq. Həmçinin heyətdə iki gürcü futbolçu da yer alır.
 
Qeyd edək ki, siyahıda 24 futbolçu yer alır.

Xəbər xətti