Elxan Məmmədovun het-triki komandasına qələbə qazandırdı

00:07 - 7 Sentyabr 2014

"Mil-Muğan" darmadağınla başladı
 
Futbol üzrə Azərbaycan I Divizionunda 1-ci turun daha 4 oyunu keçirilib.
 
Sportal.az xəbər verir ki, "Kəpəz” – "Şahdağ” və "Lokomotiv” – "Şuşa” oyunlarında qalib müəyyən olunmayıb. Hər iki oyun qolsuz heç-heçə ilə başa çatıb - 0:0. Digər oyunlarda isə aşağıdakı nəticələr qeydə alınıb
:
"Qaradağ Lökbatan” 2-0 "Energetik”
Qollar: İlham Allahverdiyev, 45; Mehdi Mehdiyev, 81

"Mil-Muğan” 6-1 "Göyəzən”
Qollar: Elxan Məmmədov, 33; 72; 90; Rəmzi Məmmədov, 55; 70; Bayram Əliyev, 90+3 // Fərhad Həsənov, 68

Tura bazar günü keçiriləcək "Zirə” – MOİK və "Ağsu” – "Neftçala” oyunları ilə yekun vurulacaq.

Xəbər xətti