Yeni yaradılmış komanda Azərbaycan çempionatına qələbə ilə başladı

00:01 - 8 Sentyabr 2014

"Neftçala"dan böyük hesablı qələbə
 
Azərbaycan I divizionunda ilk turun daha iki oyunu keçirilib.

Sportal.az xəbər verir ki, “Zirə” öz meydanında keçirdiyi ilk oyunda MOİK-i məğlub edib – 1:0. Komandanın qələbə topunu Aslan Hüseynov vurub.

Günün digər oyununda isə “Neftçala” səfərdə “Ağsu”nu 4-1 hesabı ilə məğlub edib.

7 sentyabr

"Zirə" - MOİK - 1:0
Qol: Aslan Hüseynov, 48

“Ağsu” - “Neftçala” – 1:4
Qollar: Fərmayıl Əliyev, 89 // Məhəmməd Bədəlbəyli, 6; 8; Məhəmməd Alıyev, 66 (p.); Aqşin Həşimov, 90

Xəbər xətti