Zaqatalada 8 qollu oyun

00:36 - 9 Sentyabr 2014

"Simurq" əvəzedicilərlə yoxlama oyunu keçirdi
 
Premyer Liqanın 5-ci turunda doğma arenada "Qəbələ"ni qonaq etməyə hazırlaşan "Simurq" məşqləri davam etdirir.
 
Sportal.az xəbər verir ki, dünən Georgi Çixradzenin yetirmələri əvəzedici heyəti sınağa çəkib.

İkitərəfli oyunda əsas komanda kimi meydana çıxan "sarılar" ilk hissəsi 3:2 hesabı ilə başa çatan matçda "qaralar"ı 6:2 məğlub edib. Məhərrəm Hüseynovun dubl etdiyi qarşılaşmada digər qolları Samir Zərgərov, Oruc Balaşlı, Draqan Çeran, Nicat Muxtarov, Stepan Polyak və Lukas Treşnyak vurub.

Xəbər xətti