Lövün yeni köməkçisi açıqlandı

15:30 - 9 Sentyabr 2014

Hans-Diter Filkin əvəzinə Tomas Şneyder

 

Almaniya millisinin baş məşqçisi Yoahim Lövün yeni köməkçisi bəlli olub.

 

Sportal.az xəbər verir ki, ötən mövsüm "Ştutqart"ı çalışdıran Tomas Şneyder baş məşqçinin yeni köməkçisi olacaq . 42 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb.
 

Qeyd edək ki, bundan öncə Hans-Diter Filk Lövün əsas köməkçisi olub. O, sentyabrın 1-dən idman direktoru vəzifəsində çıxış edir.

Xəbər xətti