"Real"a şad xəbər

15:35 - 10 Sentyabr 2014

Klubun ulduz futbolçusu zədəsini sağaldıb

 

“Real"ının hücumçusu Kriştianu Ronaldo komanda ilə birlikdə məşqlərə start verib.

 

Sportal.az xəbər verir ki, Portuqaliya millisinin AÇ-2016-nın seçmə mərhələsindəki qarşılaşmasında iştirak etməyən 29 yaşlı futbolçu artıq özünü yaxşı hiss edir.

 

Klubdan verilən məlumata görə Ronaldo İspaniya çempionatında "Atletiko" ilə qarşılaşmada komandasına kömək edə biləcək.

 
Qeyd edək ki, Madrid derbisi sentyabrın 13-ü "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.

 

Xəbər xətti