Mourinyo yenə həmkarına sataşdı: "Qvardiola keçəldi, deməli..."

00:20 - 12 Sentyabr 2014

"O, futboldan zövq ala bilmir"

 

“Çelsi” klubunun baş məşqçisi Joze Mourinyo maraqlı açıqlama ilə diqqət çəkib. Sportal.az xarici mətbuata istinadən xəbər verir ki, Mourinyo həmkarı Qvardiola barədə danışıb.

 

O, iddia edir ki, Xosep Qvardiola futboldan zövq almır və fikrini belə əsaslandırıb:

 

“Həyatda zövq aldığın işlə məşğul olanda, saçlarını itirmirsən. Qvardiola keçəldi, deməli, o, futboldan zövq ala bilmir.

 

Xatırladaq ki, bir müddət əvvəl elit məşqçilərin forumunda iştirak eləyən bu iki mütəxəssis arasında fikir ayrılğı yaranmışdı. 

Xəbər xətti