"Qarabağ"ın rəqibindən böyükhesablı qələbə

23:55 - 14 Sentyabr 2014

"İnter" autsayderə yerini gostərdi

 
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “İnter” İtaliya A Seriyasında növbəti oyununa çıxıb.
 
Sportal.az xəbər verir ki, milanlılar dogma divarlar arasında çempionatın autsayderlərdən biri “Sassuolo” komandasını qəbul ediblər. “İnter” ötən mövsümdə olduğu kimi, bu dəfə də rəqibini eyni hesabla məğlub edib – 7:0. 
 
Bu oyunda qolları Mauro İcardi (4, 30, 53-cü dəq.), Mateo Kovaçeviç (22), Pablo Osvaldo (43, 73) və Fredi Guarin (74) vurublar.
İki turdan sonra “İnter” dörd xalla üçüncü pillədə qərarlaşıb.

Xəbər xətti