Messi və Neymarın oyununa qiymət verdi: "Onlar sərhədsiz istedada malik, unikal futbolçulardır"

12:23 - 15 Sentyabr 2014

"Barselona"da çox güclü futbolçular arasında rəqabət var"

 

Ispaniya çempionatında “Atletik”i məğlub edən “Barselona” bu mövsüm ardıcıl 3-cü qələbəsini qazanıb. Sportal.az xəbər verir ki, həmin görüşdə Neymar iki qol vurub və hər iki qol ötürməsni Messidən alıb.

 

“Barselona”nın daha bir ulduzu Andreas İnyesta xarici ölkə mətbuatına komanda yoldaşları haqqında maraqlı fikirlər deyib: : Onlar sərhədsiz istedada malik, unikal futbolçulardır. Biz onlardan həmişə yaxşı oyun gözləyirik.

 

İnyesta daha bir komanda yoldaşı Xavinin ehtiyatda qalmasına da münasibət bildirib:

 

 “Barselona”da çox güclü futbolçular arasında rəqabət var. Mövsüm uzundur. Bu marafonda hər bir futbolçuya ehtiyac olacaq”.  

Xəbər xətti