"Barselona"ya şad xəbər

19:30 - 15 Sentyabr 2014

Təcrübəli futbolçu növbəti görüşlərdə iştirak edəcək
 
"Barselona"nın  əsas heyət futbolçusu Dani Alveş zədəsini sağaldıb.
 
Sportal.az xəbər verir ki, braziliyalı müdafiəçi komanda ilə birgə məşqlərə başlayıb. Təcrübəli futbolçu Çempionlar Liqasında keçiriləcək "Barselona" - APOEL qarşılaşmasında forma geyə biləcək.
 
Qeyd edək ki, futbolçu dizindəki ağrılar səbəbindən "Atletik"lə matçda iştirak etməmişdir.
 
Xatırladaq ki, "Barselona" - APOEL görüşü sentyabrın 17-si Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər xətti