Almaniyada baş məşqçi istefası

01:15 - 16 Sentyabr 2014

“Hamburq” Mirko Slomka ilə yollarını ayırdı 
 
Almaniya Bundesliqasında yaxşı günlərini yaşamayan “Hamburq” klubunda baş məşqçi dəyişikliyi qaçılmazdır.
 
Sportal.az xəbər verir ki, geridə qalan 3 oyunda aktivinə 1 xal yazan komanda hazırda turnir cədvəlində sonuncu pillədə qərar tutur. “Hamburq”un belə bir acınacaqlı vəziyyətdə olduğunu gərən klub rəhbərliyi baş məşqçi Mirko Slomkanı istefaya göndərib. Futbolçuların baş məşqçidən narazı olması da Slomkanın vaxtından əvvəl getməsinə səbəb olub. Almaniya mətbuatının yazdığı xəbər görə, klub rəhbərliyi təcrübəli çalışdırıcıya vaxt vermək istəyib ki, komandanı ağır vəziyyətdən çıxarsın. Lakin ötən gün yığıncaqda rəhbərlik Mirko Slomkanı vəzifəsindən uzaqlaşdırılmasına qərar verib.      

Xəbər xətti