Xames Rodriqes : "Komandaya adaptasiya olmağa çalışıram"

16:00 - 16 Sentyabr 2014

Kolumbiyalı futbolçudan açıqlama

 

Madrid "Real"nın yeni transferi Xames Rodriqes komandaya hələ də uyğunlaşmadığını bildirib.

 

Sportal.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi açıqlamasında belə deyib : 

 

"Mən komandaya adaptasiya olmağa çalışıram. Özümə inam hissim yüksk olduğu üçün bu prosesi tez keçəcəyimə inanıram. Mənim buraya gəlməyimin əsas səbəbi odur ki, hərkəsə sübut etməliyəm ki, meydanda nələrə qadirəm. Təbii ki, bunun üçün çoxlu məşq etmək lazımdır"

Xəbər xətti