“Altı il “Benfika”da işləyirəm, hələ belə şey görmədim”

02:00 - 17 Sentyabr 2014

Jorje Jezuş: “Zenit”ə mərkəzdə uduzduq”
 
Çemoipnlar Liqasının açılış matçında Portuqaliya təmsilçisi “Benfika” evdə Rusiyanın “Zenit” komandasına 2:0 hesabı ilə məğlub olub.
 
Sportal.az xəbər verir ki, oyundan “Benfika”nın baş məşqçisi Jorje Jezuş məğlubiyyətə belə izah verib:
 
“Əvvəl azarkeşlərə təşəkkür edirəm. Altı il “Benfika”da işləyirəm, hələ belə şey görmədim. Komanda 2:0 uduzur azarkeşlər dayanmadan komandanı dəstəklədi. Oyunu istənilən kimi qura bilmədik. Xüsusilə də rəqibə mərkəzdə uduzduq. “Zenit” bunun hesabına qapımızdan iki top keçirdi. Əfsuslar olsun ki, ilk oyunda özü də doğma meydançamızda məğlub olduq”.        

Xəbər xətti