Villaş Boaş: "Oyuna hakim olan tərəf biz idik"

02:15 - 17 Sentyabr 2014

"Əsas 3 xal qazanmaq idi bunu da bacardıq"          
 
Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda “Benfika” üzərində qələbə qazanan “Zenit” səfərdən 3 xalla qayıdır.
 
Sportal.az  xəbər verir ki, “Zenit” klubunun baş məşqçisi Abdre Villaş Boaşın matçla bağlı fikitləri belə olub:
 
“Oyunumuz yaxşı alındı. Birinci hissədə iki qol vurmaqla üstünlük əldə etdik. Rəqib meydanda azlıqda qalandan sonra hücumda təzyiqi daha da artırdıq. Demək olar ki, oyuna hakim olan tərəf biz idik .Hətta üçüncü qolu da vura bilərdik. Əfsuslar olsun ki, həmin fürsəti qaçırdıq. Əsas 3 xal qazanmaq idi bunu da bacardıq”.          

Xəbər xətti