“Arsenal” üzərində qələbəni haqq etdik"

02:30 - 17 Sentyabr 2014

Yurgen Klopp komandasının hədəflərini açıqladı

 

Çempionlar Liqasının ilk turunda əsas rıəqibi “Arsenal”ı üstələyən Dortmud “Borussiya”sı qrup mərhələ oyunlarına  yaxşı başladı.  

 

Sportal.az xəbər verir ki,  “Arsenal” üzərində qazanlan qələbəyə “Borussiya” komandasının baş məşqçisi Yurgen Klopp belə dəyərləndirib: 

“Arsenal”I məğlub etmək üçün əlimizdə hər cür imkan vardı. Mübarizliyi və sürətinə görə “Borussiya” heç bir komandadan geri qalmır. Əksinə,  bəlkə də çoxlarını üstələyir. Yenə də komanda yaxşı oynadı və qələbə qazandı. Biz qələbəmi haqq etdik. Çünki, bütün kompanetlərdə rəqibdən üstün oynadıq. Növbəti mərhələyə vəsiqəni əldə edib yolumuza davam etmək istəyirik. Sona qədər mübarizə aparıb finala qədər irəliləməliyik", 

Xəbər xətti