Brendan Roycers: “Ludoqorest”dən belə oyun gözləmirdim”

02:45 - 17 Sentyabr 2014

“Futbolçularım xarekter hesabına qələbə qazandılar”
 
Çempionlar Liqasının qruo mərhələsinin ilk oyunuda  İngiltərə nəhəngi “Liverpul” doğma divarlar arasında Bolqarıstanın “Ludiqirets” komandasına çətinliklə qalib gəlib.
 
Sportal.az xəbər verir ki, İngiltərə təmsilçisi hakimin oyuna əlavə etdiyi 3-cü dəqiqədə Stiven Cerardın qolu sayəsində  2:1 hesabı ilə qələbə qazanıb. “Liverpul”un baş məşqçisi Brendan Roycers ilk matçın çətin keçdiyini etiraf edib:
 
“Açığı, oyunun belə çətin keçəcəyini gözləmirdim. “Ludoqorest”  yaxşı müqavimət göstərdi. Hətta bu gün  biz xal da itirə bilərdik. Məni sevindirən biramil odur ki,  komandam dayanmadı qələbəni əldə etmək üçün sona qədər mübarizə apardı. Futbolçularım xarakter göstərərək qələbə rqazandılar. Bu cür davam etsək istəyimizə çata bilərik”.

Xəbər xətti