Joze Mourinyonun etirafı: "Dieqo Kosta ardıcıl üç matç oynamağa hazır deyil"

14:25 - 18 Sentyabr 2014

"Bu problemin aradan qalxması üçün yollar axtarırıq"

 

“Çelsi”nin baş məşqçisi Joze Mourinyo ÇL-də “Şalke” ilə oyunda komandanın qol silahı Dieqo Kostanın ehtiyatda qalmasına izah verib.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis onun sonradan meydana daxil olmasını futbolçunun durumu ilə əlaqələndirib:

 

“Kostanın müəyyən problemləri var və o, hələ ardıcıl üç matç oynamağa hazır deyil. Əgər bərpa olunması üçün 1 həftə vaxtı olsaydı, o, “Şalke” ilə matça hazır olardı. Ancaq şənbə günü keçirilən matçdan sonra onun yeni oyuna hazır olması mümkün deyil.

 

Bazar günü keçirəcəyimiz oyuna Diqeo Kosta tam hazır olacaq. Amma növbəti həftənin üçüncü gününə  o, yenə bərpa oluna bilməyəcək. Ona görə də, bu problemin aradan qalxması üçün yollar axtarırıq”. 

Xəbər xətti