"Qarabağ" öz ayaqları ilə Azərbaycanı irəliyə aparır

12:43 - 19 Sentyabr 2014

UEFA reytinqində bir pillə daha irəlilədik

 

UEFA dünən keçirilən Avropa Liqası oyunlarından sonra öz reytin cədvəlini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, "Qarabağ"ın heç-heçəsi sayəsində Azərbaycan siyhıda bir pillə irəliləyib. Ağdamlılar Azərbaycanın reytinqinə əlavə 0.250 xal yazdırmış oldu.

 

Hazırda UEFA reytinqində 53 ölkə arasında 29-cu pillədəyik. Azərbaycanın hesabında 11.500 reytinq xalı var ki, onun da 2.625 xalı cari mövsümdə qazanılıb.

 

Ümumilikdə avrukoboklarda son beş mövsümün (2010/11, 2011/12, 2012/13, 2013/14 və 2014/15) nəticələrinə əsasən hazırlanan siyahıda komandalarımızın mövqeyi aşağıdakı kimidir:

 

 

172. “Neftçi” (-2)
 

199. “Qarabağ” (+27)
 

271. “İnter” (-3)
 

300. “Xəzər Lənkəran” (+2)
 

347. “Bakı” (+1)

 

371. “Qəbələ” (+1)
 

372. AZAL (+2)

Xəbər xətti