Noyerin əlləri 3 milyon avrodur

19:22 - 19 Sentyabr 2014

Qapıçı əllərini sığorta etdirib
 
"Bavariya”nın təcrübəli qapıçısı Manuel Noyer əllərini 3 milyon avro dəyərində sığorta etdirib.  
 
Sportal.az xəbər verir ki, Almaniya millisinin üzvü xəsarət alıb karyerasını davam etdirə bilməsə, məbləğ qolkiperə ödəniləcək.
 
Qeyd edək ki, futbolçular arasında ən yüksək sığorta Lionel Messiyə aiddi. "Barselona"nın ulduz futbolçusu özünü 550 milyon avro qarşılığında sığorta etdirib.

Xəbər xətti