"Milan" - "Yuventus" 0:1 VİDEO

02:30 - 21 Sentyabr 2014

Teves komandasına 3 xal qazandırdı 

İtaliya A Seriyasında 3-cü tura iki oyunla start verilib.

 
Sportal.az xəbər verir ki, turun mərkəzi qarşılaşması “San-Siro”da baş tutub. Cari mövsümə uğurlu başlayan “Milan” son illərin çempionu “Yuventus” komandası ilə üz-üzə gəlib.
 
İlk 45 dəqiqə qarşılıqlı hücumlarla keçsə də, tərəflərdən heç biri fərqlənə bilməyib. Fasilədən sonra üstünlüyə yiyələnən turinlilər 71-ci dəqiqədə Karlos Tevesin sayəsində istəklərinə çatıblar. Məhz argentinalı hücumçunun vurduğu qol matçın taleyini həll edib.      
 
 
“Milan” – “Yuventus”  0:1
Qol: Teves, 71

 

Xəbər xətti