Lui van Qal: "Qvardiolanın fikirləri mənim üçün maraqlı deyil"

12:30 - 21 Sentyabr 2014

"Futbolçular bizim komandada oynamağa can atırlar"

 

“Bavariya”nın baş məşqçisi Xosep Qvardiola belə bir açıqlama vermişdi ki, onların futbolçularını almaq üçün “Mançester Yunayted”in pulu yetməz.

 

Sportal.az xəbər verir ki, “Mançester Yunayted”in baş məşqçisi Lui van Qal Qvardiolaya cavab verib:

 

“Qvardiolanın fikirləri mənim üçün maraqlı deyil. Söhbət etdiyim bütün futbolçular “Mançester Yunayted”ə keçmək istəyirdilər.

 

ÇL-də oynamasaq da, futbolçular bizim komandada oynamağa can atırlar. Bu, mənim özüm üçün də sürprizdi. Hətta buna bir qədər vaxt lazım olsa da, futbolçular bizim qurduğumuz layihəyə inanırlar”.

 

Xatırladaq ki, mətbuatda gedən xəbərlərə görə, “Mançester Yunayted” “Bavariya”nın iki üzvü – Aryen Robben və Tomas Müllerə maraq göstərir. 

Xəbər xətti