Filippo İnzaqi: "Belə oyunla "Milan" Avropanın aparıcı komandalarından biri ola bilməyəcək"

13:20 - 21 Sentyabr 2014

"Yuventus" bu oyunda daha yaxşı idi"

 

İtaliya çempionatının 3-cü turunda “Yuventus”a məğlubiyyətdən sonra “Milan”ın baş məşqçisi Filippo İnzaqi açıqlama verib. Sportal.az “Football İtalia”-ya istinadən xəbər verir ki, mütəxəssis bu oyundakı məğlubiyyətdən üzüntüsünü gizlətməyib:

 

“Oyundan sonra çox əsəbi idim. Çünki bu oyunda 3 xala ümidli idim. Oyunçulara dedim ki, belə oyunla “Milan” Avropanın aparıcı komandalarından biri ola bilməyəcək.

 

Düzdü, Honda baş zərbəsiylə o qolu vursaydı, oyun başqa cürə keçəcəkdi. Ancaq alınmadı. Ona görə də, etiraf etməliyik ki, “Yuventus” bu oyunda daha yaxşı idi".  

Xəbər xətti