“Qarabağ”ın rəqibindən 5:0-lıq qələbə

00:45 - 23 Sentyabr 2014

"Dnepr" "Olimpik"i darmadağın etdi 

 

Ukrayna Premyer Liqasında 7-ci turun oyunları başa çatıb. 

 

Sportal.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində təmsilçimiz “Qarabağ”a rəqib olan “Dnepr” komandası Donetsk “Olimpik”Ini qəbul edib.

 

9-cu dəqiqədə meydan sahiblərindən Seleznyov hesabı açıb. Fasiləyə 1:0 üstün yollanan “Dnepr” komandası ikinci hissədə rəqibini darmadağın edib. Əvvəl Bruno Qama hesab arasında fərqi artırıb. 75-ci dəqiqədə “Olimpik”li Sıtnik qapıları səhv salaraq topu öz qapısına göndərib. Qalan vaxt ərzində Kaliniç iki qol vuraraq hesabı 5:0-a çatdırıb.  

Xəbər xətti