“3x3 Qızlar” turniri

13:02 - 24 Sentyabr 2014

AFFA-dan yeni turnir

 

Ölkəmizdə qadın futbolunun inkişafı, qızlar arasında bu idman növünün təbliğatının gücləndirilməsi və kütləviliyin artırılması məqsədilə AFFA UNICEF Azerbaijan, AccessBank-la və Clear-la birgə sentyabrın 27-də Bayıl stadionunda qızlar arasında 2 yaş qrupu üzrə "3x3 Qızlar turniri" keçirəcək. 

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, turnirin qaydalarına görə, hər komandanın iştirak ərizəsində 5 nəfərin adı qeyd olunmalıdı.

 

Oyun zamanı hər komandanın heyətində meydana 3 nəfər çıxır. Onlardan biri indiyədək hər hansı komandanın heyətində çıxış etməyən, adı AFFA-nın Qeydiyyat bazasında olmayan oyunçu olmalıdı.

 

<iframe width="560" height="315" src="//www.youtube.com/embed/fFsSRo190Oo" frameborder="0" allowfullscreen></iframe>

Xəbər xətti