"Almeriya" – "Atletiko" 0:1 VİDEO

02:15 - 25 Sentyabr 2014

Miranda komandasına 3 xal bəxş etdi

 

İspaniya La Liqasında 5-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, son çempion Madridin “Atletiko” klubu səfərdə “Almeriya”nın qonağı olub.

 

İlk yarıda üstünlük madridlilərin tərəfində olsa da, Dieqo Simonenin komandası rəqibin qapısına yol tapa bilməyib. Fasilədən sonra madridlilər Mirndanın qoluyla istəklərinə çatıblar. Məhz onun vurduğu qolla “Atletiko” qələbə qazanıb. 

 

“Almeriya” – “Atletiko”  0:1
Qol: Miranda, 60

 

 

Xəbər xətti