İspaniya La Liqası: "Barselona" mövsümdə ilk xalını itirdi

02:50 - 25 Sentyabr 2014

Miranda "Atletiko"ya ümid verdi   
 
İspaniya La Liqasında 5-ci turun oyunları keçirilib. 
 
 
Sportal.az xəbər verir ki, son çempion Madridin “Atletiko” klubu səfərdə “Almeriya”nın qonağı olub. 
 
İlk yarıda üstünlük madridlilərin tərəfində olsa da, Dieqo Simonenin komandası rəqibin qapısına yol tapa bilməyib. Fasilədən sonra madridlilər Mirndanın qoluyla istəklərinə çatıblar.
 
"Barselona" isə səfərdə "Malaqa"nın qonağı olub. Mövsümə uğurlu start verən katalonuyalılar bu dəfə xal itkisiylə üzləşiblər. 90 dəqiqə ərzində qonaq komanda qola yaxın olsa da, bundan istifadə edə bilməyib.  üstünlü. 
 
 
 
24 sentyabr
 
 
İspaniya La Liqası
 
 
“Almeriya” - “Atletiko”  0:1
Qol: Miranda, 60
 
“Eybar” - “Vilyarreal”  1:1
Qollar: Arruabarrena, 8 - Moreno, 71
 
“Rayo Valyekano” - “Atletik”  2:1
Qollar: Leo Baptistao, 39; 89 - Aduris, 21
 
“Qranada” - “Levante”  0:1
Qol: Qarsiya, 46
 
“Malaqa” - “Barselona”  0:0
 
Sevilya” - “Real Sosyedad”  1:0
Qol: Deulofeu, 18
 

Xəbər xətti