Rafael Benites: "Napoli"yə kömək lazımdır"

14:00 - 25 Sentyabr 2014

4-cü turda itirilən xaldan sonra baş məşqçidən açıqlama

 

Dünən İtaliya A seriyasında "Napoli" doğma meydanda "Palermo" ilə 3:3 hesablı bərabərliyə razı olub.

 

Sportal.az xəbər veri ki, oyundan sonra açıqlama verən "Napoli"nin baş məşqçisi bunları deyib:

 

"Bizə kömək lazımdır. Ardıcıl 3 oyunda itirilən xallar açıq-aşkar göstərir ki, köməyə eytiyac var. Buraxılan 3 qolun qarşısını almaq olardı. Lakin bunu da bacarmadıq. Komandanı tərk etmək? Məncə yox. Bu barədə klub prezidenti ilə də danışacam. Bizə bir az vaxt lazımdır. Biz yaxşı komandayıq. Bəzi yeniliklərnən bu vəziyyəti aradan qaldıracam"

Xəbər xətti