UEFA 5 klubu cəzalandırdı

01:15 - 26 Sentyabr 2014

Cəzalananlar arasında Türkiyə təmsilçisi də var
 
UEFA-nın Maliyyə Nəzarət Komitəsi 5 klubu cəzalandırıb.
 
Sportal.az xəbər verir ki, Avropa futbol qurumu sözügedən komandaların 2014-2015 mövsümündə avrokuboklardan əldə edəcəkləri gəlirlərdən məhrum edib. Bunlar “Bursaspor” (“Türkiyə”), “Kluj”, “Astra” (hər ikisi Rumıniya), “Buduçnost” (Monteneqro) və “Ekranas” (Litva) klublarıdır.
 
UEFA-nın Maliyyə Nəzarət Komitəsi sözügedən komandaların cəzalandırmasının səbəbi onların ödənməmiş borclarının olduğunu bildirir.
 
Maliyyə Nəzarət Komitəsi bu qərarın hələ qəti verilmədiyini açıqlayıb. Əsl qərar isə araşdırmalar başa çatandan sonra, sentyabrın 30-da açıqlanacaq. 

Xəbər xətti