Simeone "Atletiko"nun tarixinə düşüb

16:50 - 26 Sentyabr 2014

Baş məşqçidən 100-cü qələbə

 

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone klubun tarixinə düşüb.

 

Sportal.az xəbər verir ki, "Atletiko" çempionatın 5-ci turunda "Almeriya"ya minimal hesabla qalib gəlib. Simeone İspaniya çempionatınin son turunda Madrid təmsilçisi ilə ilə 100-cü qələbəsini qazanıb.

 
Mütəxəssis "Atletiko"nun tarixində 100-cü qələbəni qazanan üçüncü məşqçidir.

 
Daha öncə Rikardo Zamore və Luis Araqones bu uğuru təkrarlayıb.

Xəbər xətti