Adrian Mutu da Hindistandan təklif aldı

02:00 - 27 Sentyabr 2014

Rumıniyalı hücumçu “Puna Siti”yə keçir

 

Rumıniya millisinin sabiq üzvü Adrian Mutu da Hindistana üz tutur. 

 

Sportal.az xəbər verir ki, hazırda ölkəsində “Petrolul”da çıxış edən 35 yaşlı hücumçuya Hindistanın “Puna Siti” klubundan dəvət gəlib. Yaxın günlərdə rumıniyalı futbolçunun Hindistan təmsilçisiylə müqavilə bağlayacağı gözlənilir. Adrian Mutu karyerası ərzində İtaliyanın “İnter”, “Verona”, “Yuventus”, “Parma”, “Fiorentina”, “Çezena” və İngiltərədə “Çelsi”də forma geyinib.  

Xəbər xətti