Səkkiz hakim rüşvət almaqda ittiham olunur

02:30 - 27 Sentyabr 2014

Gürcüstan Hakimlər Komitəsinin sədri istefa verdi 

 

Gürcüstanda çempionatının oyunlarını idarə edən 8 hakim rüşvət almaqda ittiham olunur. 

 

Sportal.az xəbər verir ki, Gürcüstan Daxili İşlər nazirliyi adları rüşvətlı yanaşı hallanan hakimlərin işini araşdırmağa başlayıb. Yayılan xəbərlərə görə, oyunlara təyinat alan hakimlər sifarişlə futbolçulara sarı və ya qırmızı vərəqələr göstərib. Tapşırığı yerin yetirən referi bunun müqabilində sifarişçidən hər oyuna görə 2-5 min dollar alıb. 

 

Gürcüstan Futbol Federasiyası məsləylə əlaqədar yığıncaq keçirilib. Adı rüşvətlə hallanan hakimlər müvəqqəti olaraq çempionat oyunlarından azad olunub. Gürcüstan Futbol Federasiyisının İntizam Komitəsinin yığıncağında belə qərar verilib ki, hakimlərin rüşvət aldığı faktlarla sübuta yetirilməsə, onlar yenidən hakimlik edəcəklər. Hakimlər Komitəsiinin sədri və onunla yanaşı çalışan mütəxəsislər toplum şəkildə istefa veriblər

Xəbər xətti